Avropa İttifaqı ilə London arasında dərin fikir ayrılıqları qalmaqdadır

Avropa İttifaqı ilə London arasında dərin fikir ayrılıqları qalmaqdadır Böyük Britaniyanın Avropa İttifaqından çıxmasında sonra tərəflər arasında danışıqlarda böyük fikir ayrılıqları qalmaqdadır və bunları aradan qaldırmaq çox çətin olacaq.
Digər ölkələr
18 Dekabr , 2020 05:32
Avropa İttifaqı ilə London arasında dərin fikir ayrılıqları qalmaqdadır
0 : 00
0 : 00

Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından sonra tərəflər arasında aparılan danışıqlarda böyük fikir ayrılıqları qalmaqdadır və bunları aradan qaldırmaq çox çətin olacaq.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib.

“Britaniyanın baş naziri Boris Consonla telefon danışığım baş tutub. Bir çox məsələdə əhəmiyyətli irəliləməni məmnuniyyətlə qarşıladıq. Bununla birlikdə, xüsusən də balıqçılıq sahəsində aradan qaldırılması çox çətin olacaq böyük fərqlər var”-deyə, o bildirib.

Son xəbərlər

Orphus sistemi