Avropa İttifaqı Əfqanıstanda nümayəndəliyinin açılması üzərində işləyir

Avropa İttifaqı Əfqanıstanda nümayəndəliyinin açılması üzərində işləyir Avropa İttifaqı Əfqanıstanın paytaxtı Kabildə daimi nümayəndəliyinin açılması üzərində çalışır.
Digər ölkələr
23 Sentyabr , 2021 21:43
Avropa İttifaqı Əfqanıstanda nümayəndəliyinin açılması üzərində işləyir

Avropa İttifaqı Əfqanıstanın paytaxtı Kabildə daimi nümayəndəliyinin açılması üzərində çalışır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel deyib.

"Biz bunun üzərində işləyirik. Ancaq məxfilik səbəbindən nümayəndəliyin açılması vaxtını sizə deyə bilmərəm", - Borrel qeyd edib.

Bundan əvvəl Cozef Borrel “Taliban”ı ölkənin qanuni hökuməti olaraq qəbul etməyəcəklərini, bu hərəkatla hər hansı bir əlaqənin yalnız Əfqanıstan xalqını qorumaq məqsədilə və ciddi şərtlər altında qurula biləcəyini söyləmişdi.

Son xəbərlər

Orphus sistemi