Avropa İttifaqı bu il Ukraynaya 1 milyon əvəzinə 480 min mərmi verib

Avropa İttifaqı bu il Ukraynaya 1 milyon əvəzinə 480 min mərmi verib 2023-cü ildə Avropa İttifaqı Ukraynaya vəd etdiyi 1 milyon əvəzinə 480 min artilleriya mərmisi verə bilib.
Digər ölkələr
6 dekabr 2023 22:44
Avropa İttifaqı bu il Ukraynaya 1 milyon əvəzinə 480 min mərmi verib

2023-cü ildə Avropa İttifaqı Ukraynaya vəd etdiyi 1 milyon əvəzinə 480 min artilleriya mərmisi verə bilib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Avropa Komissiyasının (AK) Avropa Müdafiə Agentliyi vasitəsilə müqavilələrin yerləşdirilməsini nəzərdə tutan mərmi istehsalının sürətləndirilməsi üzrə əsas təşəbbüsü Kiyev üçün cəmi 60 minə yaxın mərmi istehsalına imkan verib.

Belə ki, 300 minə yaxın mərmi, ilk növbədə 155 mm çaplı və reaktiv yaylım atəş sistemi üçün raketlər mövcud ehtiyatlardan Kiyevə köçürülüb, digər 120 mini isə digər satınalma sxemləri ilə ötürülüb.

Bütövlükdə bu mövzu dekabrın 14-15-də keçiriləcək Aİ sammitində gündəmə gətiriləcək.

Sammitin yekun bəyanatı layihəsinin mətnində deyilir ki, Aİ liderləri Kiyevə 1 milyon artilleriya mərmisi verilməsi təşəbbüsü çərçivəsində Ukraynaya raket və döyüş sursatlarının tədarükünün sürətləndirilməsinin təcili zərurətini vurğulayacaqlar.

Son xəbərlər

Orphus sistemi