Avropa İttifaqı 1,7 trilyon avroluq büdcəsini razılaşdıra bildi

Avropa İttifaqı 1,7 trilyon avroluq büdcəsini razılaşdıra bildi Avropa İttifaqı (Aİ) liderləri 2021-2027 illər üzrə 1,074 trilyon avroluq büdcə planı və qurumun iqtisadiyyatın 750 milyard avroluq bərpa fondunun yaradılması ilə bağlı aparılan danışıqlara yekun vurublar.
Digər ölkələr
354
21 İyul , 2020 08:38
Avropa İttifaqı 1,7 trilyon avroluq büdcəsini razılaşdıra bildi

Avropa İttifaqı (Aİ) liderləri 2021-2027 illər üzrə 1,074 trilyon avroluq büdcə planı və qurumun iqtisadiyyatın 750 milyard avroluq bərpa fondunun yaradılması ilə bağlı aparılan danışıqlara yekun vurublar.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Şarl “Twitter” səhifəsində məlumat verib.

“Razılaşma əldə olundu!”-deyə, o əlavə edib.

“Avropa üçün tarixi bir gün!” - öz növbəsində Fransa prezidenti Emmanuel Makron “Twitter” səhifəsində yazıb.

Bundan başqa, yardım fondu ilə bağlı birlik ölkələri arasında fikir ayrılığına da son qoyulub.

Qeyd edək ki, beş gündür liderlər Aİ-nin 7 illik büdcəsi ilə yanaşı 1,7 trilyon avro dəyərində maliyyə paketinin müzakirə edir.

Bu paketin bir hissəsini pandemiyadan zərər görən ölkələrin iqtisadi fəallığını artırmaq üçün nəzərdə tutulan 750 milyard avro həcmindəki yardım fondunun yaradılmasını təşkil edir. Digər qismi isə Şarl Mişelin təqdim edəcəyi ittifaqın 7 illik büdcəsidir.

Xatırladaq ki, 750 milyard avronun 250 milyard avrosu kredit və 500 milyard avrosu isə qrantdır.

Son xəbərlər

Orphus sistemi