Avropa insan alverinə qarşı hərbi əməliyyat planlaşdırır

Avropa insan alverinə qarşı hərbi əməliyyat planlaşdırır Son günlərdə 700-dən çox insan gəmi gəzaları nəticəsində həlak olub
Digər ölkələr
18 May , 2015 21:19
Avropa insan alverinə qarşı hərbi əməliyyat planlaşdırır

Bakı. 18 May. REPORT.AZ/ Avropa İttifaqı xarici və müdafiə nazirləri Brusseldə görüşərək Aralıq dənizi vasitəsiylə mühacirət etmək istəyənlərin qarşısını almaq üçün hərbi əməliyyat keçirməyi qərara alıblar. "Report" Amerikanın səsinə istinadən xəbər verir ki, qitədə qeyri-qanuni miqrasiya keçən həftə ən üst səviyyəyə çatıb. 

Görüş zamanı diplomatlar bildirib ki, Avropa İttifaqı BMT Təhlükəsizlik Şurasından miqrantlara qarşı güc istifadə etməyə icəzə verəcək qətnaməni qəbul etməsini gözləyir.

Böyük Britaniyanın müdafiə naziri deyib ki, Britaniya dəniz donanması hazırda Aralıq dənizində insanları xilas edir. Ancaq o, rəsmilərin bu işlə məşğul olanların qarşısını almaq üçün tədbir görməsinin lazım olduğunu deyib.

Avropa rəsmiləri bildirib ki, son 3-4 gün ərzində 1000-ə yaxın miqrant Afrikadan İtaliya vasitəsilə Avropaya keçmək istəyərkən saxlanılıb, 700-dən çox insan isə gəmi gəzaları nəticəsində həlak olub.

Son xəbərlər

Orphus sistemi