Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların yumşaldılacağını istisna edib

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların yumşaldılacağını istisna edib Ketron Eşton sanksiyaların yenidən baxılmasının müddətini açıqlamaqdan imtina edib
Digər ölkələr
21 Oktyabr , 2014 15:10
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların yumşaldılacağını istisna edib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaları yumşaltmaq niyyətində deyil. "Report"un xəbərinə görə, bu barədə jurnalistlərə Avropa İttifaqına daxil olan ölkələrin XİN rəhbərləri Şurasının iclasından sonra Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib.

Ketron Eşton sanksiyaların yenidən baxılması müddətini açıqlamaqdan imtina edib.

Onun sözlərinə görə, Ukraynada atəşkəs elan olunması haqqında Minsk razılaşmasının həyata keçirilməsində əldə olunan tərəqqiyə baxmayaraq hələ çox işlər görülməlidir.

Daha əvvəl Ukrayna ilə bağlı yekun bəyanatda Avropa İttifaqı xarici işlər nazirləri şurası münaqişənin bütün tərəflərini Minsk razılaşması üzrə öhdəlikləri yerinə yetirməyə çağırıb. Bununla yanaşı, nazirlər Rusiyanın xüsusi məsuliyyətini və ATƏT vasitəsilə Rusiya-Ukrayna sərhədində monitorinq aparması üçün Rusiyanın şərait yaratmasının vacibliyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi