Fransa Prezidenti Emanuel Makron Brüsseldəki
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, Aİ-nin “Avropanın gələcəyi” adlı növbəti sammiti bu il mayın 9-da Rumıniyanın Sibiu şəhərində keçiriləcək.
“Zirvə görüşlərini Böyük Britaniyanın iştirakı olmadan keçirmək qərarı Fransanın tələbi ilə verilib. Bu isə birlikdən ayrılma prosesinin dönməz hala gəldiyini, yəni Böyük Britaniyanın bundan belə Aİ-nin digər üzvləri ilə eyni status daşımadığı anlamına gəlir” – “EuroActiv” yazıb.
Brüssel görüşünün yekun mətbuat konfransında Avropa Komissiyasının sədri Jan Klod Yunker bildirib ki, əgər Avropa İttifaqının sammiti “Brexit”in son razılaşdırılan 31 oktyabr tarixində keçirilərsə, axşam iclası yarımçıq tərk etməli olacaq.
O, səlahiyyətinin həmin gün saat 24:00-da başa çatacağını zarafatyana qeyd edib.