Avropa İttifaqının turizm sektoru xeyli ziyana uğrayıb

Avropa İttifaqının turizm sektoru xeyli ziyana uğrayıb Avropa İttifaqı (Aİ) ölkələrinin turizm sektoru dünyada, xüsusilə də turist axınının başlıca mənbəyi olan Çində koronavirusun yayılması üzündən ayda 1 milyard avroyadək ziyana düşür.
Digər ölkələr
2 mart 2020 10:07
Avropa İttifaqının turizm sektoru xeyli ziyana uğrayıb
google.az

Avropa İttifaqı (Aİ) ölkələrinin turizm sektoru dünyada, xüsusilə də turist axınının başlıca mənbəyi olan Çində koronavirusun yayılması üzündən ayda 1 milyard avroyadək ziyana düşür.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə daxili bazarlar üzrə Avropa komissarı Tyerri Breton bildirib.

BFM-yə müsahibə verən Aİ rəsmisi bu ilin yanvar ayından etibarən çinli turistlərin Avropaya gəlməməsi nəticəsində hotellərdə 2 milyon gecə yerinin boş qaldığını qeyd edib.

Avropa turizm sektoru son iyirmi il ərzindəki Çinin iqtisadi artımından böyük qazanc əldə edib.

TASS xəbər verir ki, T.Breton həmçinin İtaliya hökumətinin koronavirus və onunla bağlı məhdudiyyətlərdən daha çox ziyan çəkən şimal bölgələrini dəstək tədbirləri üçün 3 milyard avrodan artıq vəsait ayırdığını, İtaliya və Almaniyada kornavirusla bağlı resesiyanın belə mümkün olduğunu, lakin bu barədə konkret rəqəmlərin hələlik ortaya çıxmadığını açıqlayıb: “Yalnız martın sonunda, birinci rübünün yekunları vurularkən məsələ aydınlaşa bilər”.

Son xəbərlər

Orphus sistemi