Avropa İttifaqının maliyyə sabitliyi üzrə komissarı istefa verəcəyini açıqlayıb

Avropa İttifaqının maliyyə sabitliyi üzrə komissarı istefa verəcəyini açıqlayıb Conatan Hillin qərarı Böyük Britaniyanın Aİ üzvlüyü məsələsi ilə bağlı keçirilmiş referendumun nəticələri ilə əlaqədardır
Digər ölkələr
25 İyun , 2016 16:50
Avropa İttifaqının maliyyə sabitliyi üzrə komissarı istefa verəcəyini açıqlayıb

Bakı. 25 iyun. REPORT.AZ/ Avropa İttifaqının Böyük Britaniyadan maliyyə sabitliyi üzrə komissarı Conatan Hill postundan istefaya verəcəyini açıqlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında məlumat verilib.

C.Hillin qərarı Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyü məsələsi ilə bağlı keçirilmiş referendumun nəticələri ilə əlaqədardır.

"Yeni mərhələyə daxil oluruq və belə məqamda heç bir şey olmamış kimi britaniyalı Avropa komissarı vəzifəsinin icrasına davam edə bilmərəm", - deyə C.Hillin bəyanatda qeyd olunub.

O, həmçinin çox məyus olduğunu, amma artıq heç nəyi dəyişməyin mümkün olmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi