Avropa İttifaqının binasında tüstülənmə olub, 10-dan çox insan zəhərlənib

Avropa İttifaqının binasında tüstülənmə olub, 10-dan çox insan zəhərlənib Bu barədə təşkilat oktyabrın 13-də bəyanat yayıb
Digər ölkələr
13 Oktyabr , 2017 14:37
Avropa İttifaqının binasında tüstülənmə olub, 10-dan çox insan zəhərlənib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Brüsseldəki binasında tüstülənmə olub. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Təşkilat oktyabrın 13-də bəyanat yayıb. 

İşçilər ehtiyat tədbiri olaraq binadan təxliyyə edilib, 10-dan çox insan tüstüdən zəhərlənib.

Hadisə binanın mətbəxində baş verib. 

Qeyd edək ki, gələn həftə bu binada Avropa İttifaqına üzv dövlətlərin başçılarının sammiti keçiriləcək.

Son xəbərlər

Orphus sistemi