Avropa İttifaqının ali nümayəndəsinə 25 min avroluq mükafat verilib

Avropa İttifaqının ali nümayəndəsinə 25 min avroluq mükafat verilib Mükafat bu il iyulun 19-da Brüsseldə təqdim ediləcək
Digər ölkələr
2 iyun 2017 15:16
Avropa İttifaqının ali nümayəndəsinə 25 min avroluq mükafat verilib

Bakı. 2 iyun. REPORT.AZ/ Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini Qessen sülh mükafatına layiq görülüb.

“Report” “dw”yə istinadən xəbər verir ki, bu sülh mükafatı F.Moqeriniyə 2015-ci ildə İranın nüvə proqramı ilə bağlı əldə edilən razılaşmda göstərdiyi xidmətlərə görə verilib.

Qeyd edək ki, bu mükafat 1993-cü ildə Almaniyanın Qessen federal torpağının keçmiş baş naziri Albert Ossvald tərəfindən təsis edilib. Qessen mükafatı fondu 25 min avrodur. Mükafat bu il iyulun 19-da Brüsseldə təqdim ediləcək. 

Son xəbərlər

Orphus sistemi