​Avropa İttifaqında sədrlik Lüksemburqa keçib

​Avropa İttifaqında sədrlik Lüksemburqa keçib Sədrlik müddətində miqrasiya, ədliyyə və təhlükəsizlik məsələlərinə baxılacaq
Digər ölkələr
2 İyul , 2015 03:01
​Avropa İttifaqında sədrlik Lüksemburqa keçib

Bakı. 2 İyul. REPORT.AZ/ Latviyanın xarici işlər naziri Edqar Rinkeviç ötən gün bəyan edib ki, "bu gündən Lüksemburq Avropa İttifaqının (Aİ) Nazirlər Şurasında sədrliyə başlayıb".

"Report" xəbər verir ki, siyasətçi bu barədə öz Twitter səhifəsində yazıb.

Lüksemburq rəsmiləri elan ediblər ki, onlar yaxın gələcəkdə miqrasiya, ədliyyə və təhlükəsizlik, həmçinin Avropa İttifaqında sosial siyasətin gücləndirilməsi ilə məşğul olacaqlar.

Avropa İttifaqı Şurasının sədri altı ay müddətinə qurumun üzvlərindən seçilir. Beləliklə, Lüksemburqun baş naziri yarım il müddətinə Avropa İttifaqı Şurasının sədri olub.

Qeyd edək ki, Lüksemburq artıq 12-ci dəfədir ki, bu vəzifəni icra edir.

Son xəbərlər

Orphus sistemi