​Avropa İttifaqında əhalinin sayı yarım milyardı ötüb

​Avropa İttifaqında əhalinin sayı yarım milyardı ötüb 2013-cü illə müqayisədə əhalinin sayı 0,2 milyon nəfər çoxalıb
Digər ölkələr
11 İyul , 2015 14:51
​Avropa İttifaqında əhalinin sayı yarım milyardı ötüb

Bakı. 11 iyul. REPORT.AZ/ Bu il yanvarın 1-nə olan məlumata əsasən, Avropa İttifaqı (Ai) ölkələrinin əhasinin sayı 508 milyon 200 min nəfərdir.

"Report" xəbər verir ki, bu haqda "Eurostat" məlumat yayıb.

Ötən il Aİ ölkələrində 5,1 milyon körpə dünyaya gəlib. Həmin dövrdə 4,9 milyon sakin ölüb. Bu göstəriciyə əsasən, 2013-cü illə müqayisədə əhalinin sayı 0,2 milyon nəfər çoxalıb.

Əhali sayının artımı ən çox Almaniyada (81,2 milyon nəfər) müşahidə edilib. Ondan sonra gələn Fransada isə bu rəqəm 66,4 milyondur. Britaniyada əhalinin sayı 64,8 milyon, İtaliyada isə 60,8 milyon nəfərdir.

Əhalinin sayının azalması sıralamasında birinci yerdə Yunan Kipridir (-12,9%). Ondan sonra Yunanıstan (-8,4%), növbəti yerdə Latviya (-7,6%) gəlir.

Məlumata əsasən, 2013-cü illə müqayisədə Avropa İttifaqının əhalisinin sayı 2014-cü ildə bir milyon (+2,2%) çoxalıb.

Birliyə üzv dövlətlərdə ölümün əmsalı isə min sakinə 9,7 nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi