Avropa İttifaqı-Yaponiya sammiti təbii fəlakət səbəbindən təxirə salınıb

Avropa İttifaqı-Yaponiya sammiti təbii fəlakət səbəbindən təxirə salınıb Bakı. 9 iyul. REPORT.AZ / Avropa İttifaqı və Yaponiyanın iyulun 11-də Belçikanın paytaxtı Brüsseldə keçirilməli olan sammiti təxirə salınıb.
Digər ölkələr
9 İyul , 2018 15:17
Avropa İttifaqı-Yaponiya sammiti təbii fəlakət səbəbindən təxirə salınıb
Stoyan Nenov/Reuters
0 : 00
0 : 00

Bakı. 9 iyul. REPORT.AZ / Avropa İttifaqı və Yaponiyanın iyulun 11-də Belçikanın paytaxtı Brüsseldə keçirilməli olan sammiti təxirə salınıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, buna Yaponiyanın qərbində baş vermiş təbii fəlakət səbəb olub. 

Avropa Komissiyasından (AK) bildiriblər ki, sammit iyulun 17-də Tokioda keçiriləcək.

Məlumata əsasən, AK başçısı Jan-Klod Yunker Yaponiyanın baş naziri Sindzo Abe ilə danışıb və ona təbii fəlakət nəticəsində ölənlərə görə başsağlığı verib.

Bundan əvvəl verilən xəbərə görə, Yaponiyada leysan yağışları qurbanlarının sayı 100 nəfəri ötüb. Təbii fəlakət zonasından 5,9 mln sakin təxliyyə edilib.

Son xəbərlər

Orphus sistemi