Avropa İttifaqı üzv ölkələri miqrant böhranının həllini sürətləndirməyə çağırır

Avropa İttifaqı üzv ölkələri miqrant böhranının həllini sürətləndirməyə çağırır Avropaya 700 mindən çox miqrant pənah gətirib
Digər ölkələr
28 Oktyabr , 2015 00:25
Avropa İttifaqı üzv ölkələri miqrant böhranının həllini sürətləndirməyə çağırır

Bakı. 28 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı quruma üzv ölkələri İkinci Dünya müharibəsindən sonra Avropada yaşanan ən ciddi miqrant böhranının həlli üçün maliyyə fondları və ekspertlər tapmadığına görə tənqid edib.

"Report"un "Amerikanın səsi"nə istinadən verdiyi xəbərə görə, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker Strasburqda Avropa Parlamentinə hesabatda bildirib ki, üzv ölkələr ona verdikləri vədlərə əməl etməyə söz verdiyi halda, hələ də çox ləng hərəkət edir.

Avropa Şurasının sədri Donald Tusk isə öz növbəsindı qeyd edib ki, bu böhran Şengen ölkələri arasında azad sərhəd keçidi rejimini təhlükə altına alır. "Bu, bizim on illər ərzində qarşılaşdığımız ən böyük problemdir"- deyə Tusk vurğulayıb.

"Heç şübhə etmirəm ki, bu problem bizim yaratdığımız Avropa İttifaqını dəyişmək potensialına malikdir. Şengen ölkələri arasında azad sərhəd keçidi kimi nailiyyətlərimizi dağıtmaya da qadirdir"- deyə Tusk, əlavə edib.

Avropa Şurasının sədri sözünə davam edərək bildirib ki, böhran Avropanın siyasi lanşdtaftında da dəyişiklərə səbəb ola bilər. Donald Taskın bildirdiyinə görə, "bu fövqəladə dövrdə fövqəladə tədbirlər, fövqəladə gözəştlər və fövqəladə həmrəylik göstərilməlidir."

Bu arada, BMT-nin Qaçqınlar üzrə ali komissarı bu il Yaxın Şərq, Afrika və Asiyadan müharibə və yoxsulluq səbəbi ilə Avropaya 700 mindən çox qaçqının pənah gətirdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi