"Report" xəbər verir ki, bu barədə Ukraynanın Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, borclanma dərəcəsi 1,375% təşkil edir. Kredit borcu 4 Oktyabr 2024-cü il tarixində bağlanmalıdır.
250 mln. avro məbləğində növbəti kredit tranşının 2015-ci ilin fevral ayında Ukraynanın Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq proqramı və bir sıra əlavə kriteriyaların icrası üzrə nəticələrə görə veriləcəyi gözlənilir.
Kiyevə yardım proqramında məqsəd "Ukrayna iqtisadiyatının yaşadığı hazırki ağır dövrdə bu ölkəyə iqtisadi və maliyyə dəstəyi" göstərməkdir.