Yuxarı
    Bağlamaq

    Avropa İttifaqı terrora qarşı mübarizə məsələsini müzakirə edəcək

    Jan Asselborn deyib ki, ittifaqın növbəti sammitinin gündəliyində Rusiya ilə Ukrayna arasındakı problemlərə dair məsələ də var

    Bakı. 18 noyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) növbəti zirvə toplantısında müzakirə ediləcək əsas məsələlərdən biri terrorçuluğa qarşı mübarizə olacaq.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu hazırda ittifaqa sədrlik edən Lüksemburqun xarici işlər naziri Jan Asselborn bildirib.

    Onun sözlərinə görə, Aİ-nin növbəti zirvə toplantısı bu il dekabrın 17-18-də keçiriləcək.

    Nazir bildirib ki, toplantının gündəliyində terrorçuluğa qarşı mübarizə, mühacir böhranı, vahid bazar məsələləri, Rusiya ilə Ukrayna arsındakı münasibətlərdəki problemlər, Aİ-də islahatların aparılması ilə bağlı Böyük Britaniyanın irəli sürdüyü təkliflər də var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi