Avropa İttifaqı Suriyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı Suriyaya qarşı sanksiyaların müddətini uzadıb Sanksiyalar 2018-ci ilin iyunun 1-dək qüvvədə olacaq
Digər ölkələr
29 May , 2017 15:45
Avropa İttifaqı Suriyaya qarşı sanksiyaların müddətini uzadıb

Bakı. 29 may. REPORT.AZ/ Avropa İttifaqı Suriya hökumətinə qarşı tətbiq etdiyi sanksiyaların müddətini daha bir il uzadıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bununla bağlı qərar mayın 29-da qəbul edilib.

"Şura 2017-ci ilin mayın 29-da Suriya rejiminə qarşı məhdudlaşdırıcı tədbirləri 2018-ci ilin iyunun 1-dək uzatmaq barədə qərar verib", -deyə açıqlamada vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi