Avropa İttifaqı Şurasının prezidenti FTX ilə əlaqələrinin olması işi üzrə dindirilmək üçün Polşaya çağırılıb

Avropa İttifaqı Şurasının prezidenti FTX ilə əlaqələrinin olması işi üzrə dindirilmək üçün Polşaya çağırılıb Donald Tusk prokurorluğa şahid qismində çağırılıb
Digər ölkələr
13 Mart , 2017 16:12
Avropa İttifaqı Şurasının prezidenti FTX ilə əlaqələrinin olması işi üzrə dindirilmək üçün Polşaya çağırılıb

Bakı. 13 mart. REPORT.AZ/ Avropa İttifaqı Şurasının prezidenti, Polşanın keçmiş baş naziri Donald Tusk Polşa Hərbi Əks-kəşfiyyat Xidmətinin keçmiş rəhbərlərinin ölkə hakimiyyətinin razılığı olmadan Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq etməsi işi üzrə ifadə verməyə çağırılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə araşdırma ilə məşğul olan Varşava rayon prokurorluğunun mətbuat katibi Mixal Dzekanski məlumat verib.

Onun sözlərinə görə, Tusk prokurorluğa şahid qismində çağırılıb.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayında prokurorluğun Hərbi Əks-kəşfiyyat Xidmətinin iki üzvünə qarşı ittiham irəli sürdüyü məlum olub. Onlar Nazirlər Kabinetinin razılığı olmadan başqa dövlətin xidməti ilə əməkdaşlıq edərək səlahiyyətlərini aşmaqda ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi