Avropa İttifaqı Şurası BƏƏ və Cənubi Koreyanı ofşorların "qara siyahı"sından çıxarıb

Avropa İttifaqı Şurası BƏƏ və Cənubi Koreyanı ofşorların "qara siyahı"sından çıxarıb Bakı. 23 yanvar. REPORT.AZ/ Avropa İttifaqı Şurası 8 ölkəni ofşorların qara siyahısından çıxarıb.
Digər ölkələr
23 Yanvar , 2018 16:34
Avropa İttifaqı Şurası BƏƏ və Cənubi Koreyanı ofşorların qara siyahısından çıxarıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Avropa İttifaqı Şurası 8 ölkəni ofşorların "qara siyahı"sından çıxarıb.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, "qara siyahı"dan çıxarılan ölkələr Barbados, Qrenada, Makao, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri, Panama, Koreya Respublikası və Tunisdir.

"Şura bu ölkələrin Avropa İttifaqı tərəfindən müəyyən edilmiş çatışmazlıqları aradan qaldırmaq üçün götürdükləri öhdəliklərin ekspert qiymətləndirilməsini nəzərə alaraq, onların adlarının siyahıdan çıxarılmanın əsaslı olması ilə razılaşıb", - bəyanatda deyilir.

Son xəbərlər

Orphus sistemi