Yuxarı

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar siyahısını açıqlayıb

Yeni sanksiyalar siyahısına İosif Kobzonun da adı düşüb

Bakı. 16 fevral. REPORT.AZ/ Avropa İttifaqı Ukraynada vəziyyətin gərginləşməsində məsuliyyət daşıdıqlarını hesab edən şəxslər barəsində yeni fərdi sanksiyalar siyahısını açıqlayıb. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, siyahıya 19 nəfərin adı daxil edilib. Onların arasında Rusiya Dövlət Dumasının deputatları İosif Kobzon və Valeri Raşkin, Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov, Rusiya SQ baş gərargahının rəis müavini Andrey Kartapolovun adları da var.  

Siyahıya, həmçinin Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir sıra separatçılarının adları da daxil edilib. 

Bunadan başqa, siyahıya hüquqi şəxs qismində "Novorosiya" ictimai hərəkatı da salınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi