Bakı. 12 mart. REPORT.AZ/ Avropa İttifaqı Rusiya və Ukraynanın fiziki və hüquqi şəxslərinə dair sanksiyaların müddətini sentyabrın 15-dək uzadıb.
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, qərar Aİ-yə üzv ölkələrin DİN rəhbərlərinin iclasında müzakirəsiz təsdiq edilib.
Qərar Aİ-nin rəsmi jurnalında martın 13-də qüvvəyə minəcək.
Daha öncə Aİ-dəki mənbə siyahıda 146 fiziki və 37 hüquqi şəxsin olacağı barədə məlumat yaymışdı.