Avropa İttifaqı Rusiyadakı səfirini geri çağırır

Avropa İttifaqı Rusiyadakı səfirini geri çağırır Bakı. 23 mart. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) liderlərinin danışıqlarından sonra İttifaqın Moskvadakı səfiri Markus Edereranı geri çağırmaq qərarı verilib.
Digər ölkələr
23 Mart , 2018 05:16
Avropa İttifaqı Rusiyadakı səfirini geri çağırır

Bakı. 23 mart. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) liderlərinin danışıqlarından sonra İttifaqın Moskvadakı səfiri Markus Edereranı geri çağırmaq qərarı verilib. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsveçin baş naziri Stefan Leven Brüselldə keçirilən Aİ liderlərinin görüşündən sonra deyib.

Buna səbəb Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızının İngiltərənin Solsberi şəhərində zəhərlənməsi göstərilir.

“Biz Aİ səfirini Rusiyadan geri çağırmaq qərarına gəldik. Bu addım Böyük Britaniyaya siyası dəstək məqsədi ilə atılıb”, - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi