Avropa İttifaqı yeni koronavirusa qarşı tədbirlər üçün 230 milyon avro ayırmaq qərarına gəlib.
“Report” “Tele Trader”ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının böhranları idarəetmə komissarı Yanez Lenarçiç bildirib.
Səhiyyə və ərzaq təhlükəsizliyi komissarı Stella Kiriakides də məsələ ilə bağlı deyib ki, qarşılaşdığımız vəziyyətdə sərhəd nəzarəti üzv dövlətlərin səlahiyyətinə verilir: "Elmi tövsiyələr, risk dəyərləndirilməsi, müvafiq tədbirlər mühümdür. Hazırkı məqamda hər hansı məhdudlaşdırıcı tədbirləri tətbiq etməyi və ya dəyişdirməyi tövsiyə etmirik”.