Avropa İttifaqı dönər və şaurmanı qadağan etmək istəyir

Avropa İttifaqı dönər və şaurmanı qadağan etmək istəyir Bakı. 2 dekabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) dönər və şaurmanı, o cümlədən dönər və şaurmanın ətinə əlavə edilən fosfatların istifadəsini qadağan etmək niyyətindədir.
Digər ölkələr
2 Dekabr , 2017 12:06
Avropa İttifaqı dönər və şaurmanı qadağan etmək istəyir
AP

Bakı. 2 dekabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) dönər və şaurmanı, o cümlədən dönər və şaurmanın ətinə əlavə edilən fosfatların istifadəsini qadağan etmək niyyətindədir.

Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Aİ-nin əsaslandığı araşdırmalara əsasən, fosfatlardan istifadə ilə ürək-damar xəstəliklərinin ortaya çıxması arasında mümkün əlaqə təsbit edilib.

Öz növbəsində, dönərin hazırlandığı küçə kafelərinin sahibləri Aİ rəhbərliyinə qarşı ittihamlar irəli sürüblər. Onlar dönər-kabab və şaurmanı ən çox Türkiyədən olan immiqrantların hazırldığını bildirərək bu məsələdə ayrı-seçkilik olduğunu iddia ediblər. Aİ daxilində bu qida xüsusilə Almaniyada məşhurdur.

Qeyd edilir ki, fosfatlar ətə dad qatmaq üçün əlavə olunur.

Son xəbərlər

Orphus sistemi