Yuxarı
    Bağlamaq

    ​Avropa İttifaqı 120 min qaçqının bölüşdürülməsi barədə razılığa gələ bilməyib

    İlin əvvəlindən Aİ ölkələrinə təqribən yarım milyon qaçqın gəlib

    Bakı. 15 sentyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Şurası Avropa Komissiyasının təklif etdiyi 120 min qaçqının birlik ölkələri üzrə bölüşdürülməsi mexanizmi barədə qərarın qəbulunu oktyabradək təxirə salıb.

    "Report" xəbər verir ki, bu barədə Aİ daxili işlər nazirlərinin bazar ertəsi miqrasiya problemlərinə həsr olunmuş görüşündən sonra məlum olub.

    "Aİ Şurası Avropa Parlamentini Şuranın 8-9 oktyabr tarixlərində ədliyyə və daxili işlər üzrə növbəti iclaslarında bu qərarın qəbul edilməsi məqsədi ilə təcili qaydada problem üzrə öz mövqeyini formalaşdırmağa dəvət edib", - deyə Aİ-yə sədrlik edən Lüksemburqun rəsmi məlumatında bildirilir.

    İlin əvvəlindən Avropa İttifaqı ölkələrinə təqribən yarım milyon qaçqın üz tutub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi