Avropa İnsan Haqları Məhkəməsinin Timoşenko ilə bağlı qərarı yanvarın 22-də açıqlanacaq

Avropa İnsan Haqları Məhkəməsinin Timoşenko ilə bağlı qərarı yanvarın 22-də açıqlanacaq Məhkəmə hökmü yazılı formada Timoşenkonun ünvanına göndəriləcək
Digər ölkələr
19 Yanvar , 2015 23:29
Avropa İnsan Haqları Məhkəməsinin Timoşenko ilə bağlı qərarı yanvarın 22-də açıqlanacaq

BAKI. 19 yanvar. REPORT.AZ/ Avropa Insan Haqları Məhkəməsi (AİHM) Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun Kiyev hökümətinə qarşı müraciətinə yanvarın 22-də rəsmi olaraq cavab verəcək.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, məhkəmə hökmü yazılı formada açıqlanacaq.

Ukraynadakı demokratik narıncı inqilabın əsas liderlərindən olan Timoşenko 2011-ci ildə səlahiyyətlərini aşma ittihamı ilə 7 illik həbs cəzasına məhkum edilmişdi.

Söhbət onun hakimiyyəti dövrüdə Rusiya ilə imzalanan qaz müqaviləsindən gedirdi.

Bundan başqa ona qarşı digər ittihamlar irəli sürülmüşdü. Timoşenko isə həbsinin siyasi motivli olduğunu bəyan edirdi.

O Kiyev hakimiyyətinin, onu qanunsuz həbsə atmaqda və qeyri-insani şəraitdə saxlamaqda günahlandıraraq AİHM-yə müraciət etmişdi.

Timoşenkonun həbsi Qərblə Ukrayna arasındakı münasibətləri gərginləşdirmişdi. Həmçinin Avropa Birliyi ilə ABŞ həbsin siyasi motivli olduğunu bəyan etmişdi.

Son xəbərlər

Orphus sistemi