Avropa enerji böhranını yumşaltmaq üçün 280 milyard avro ayırıb

Avropa enerji böhranını yumşaltmaq üçün 280 milyard avro ayırıb Avropa hökumətləri 2021-ci ilin sentyabrından bəri regionda enerji böhranının yumşaldılması üzrə tədbirlərə təxminən 280 milyard avro ayırıblar.
Digər ölkələr
24 avqust 2022 19:17
Avropa enerji böhranını yumşaltmaq üçün 280 milyard avro ayırıb

Avropa hökumətləri 2021-ci ilin sentyabrından regionda enerji böhranının yumşaldılması üzrə tədbirlərə təxminən 280 milyard avro ayırıblar.

“Report” xəbər verir ki, bu barədə “Bruegel” analitik mərkəzi məlumat yayıb.

Bu məbləğə regional biznes və adi vətəndaşlar üçün böhranın yükünü qarşılamağa yönəlmiş bütün dövlət xərcləri, o cümlədən Yunanıstanda kiçik biznes üçün tariflərin subsidiyalaşdırılması və Belçikada birbaşa ödənişlər daxildir. Eyni zamanda, ayrılan vəsaitin bir hissəsi hələ də reallaşdırılmayıb.

Avropa ölkələri arasında enerji böhranı zamanı əhalini dəstəkləmək üçün ən çox vəsaiti Almaniya ayırıb - 60,2 milyard avro və ya ölkə ÜDM-in 1,7%-i. Bu məqsədlər üçün İtaliya 49,5 milyard avro (ÜDM-in 2,8%-i), Fransa 44,7 milyard avro (1,8%), Böyük Britaniya 44,3 milyard avro (1,6%), İspaniya isə 27,3 milyard avro (2,3%) ayırıb.

Qeyd edək ki, Avropada enerji daşıyıcılarının qiymətləri son beş ildəki orta mövsümlük göstərici ilə müqayisədə 10 dəfədən çox artıb.

Son xəbərlər

Orphus sistemi