Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar paketini nəzərdən keçirir

Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar paketini nəzərdən keçirir Təklifin fevralın 9-da Avropa Birliyi XİN başçılarının görüşündə təsdiq olunacağı gözlənilir
Digər ölkələr
4 Fevral , 2015 22:15
Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar paketini nəzərdən keçirir

Bakı. 4 fevral. REPORT.AZ/ Avropa Birliyi liderləri Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi təklifini müzakirə edirlər.

"Report" Azadlıq Radiosuna istinadla xəbər verir ki, söhbət viza qadağası və bank hesablarının dondurulmasından gedir. Çox güman ki hazırda qüvvədə olan "qara siyahıya" daha 25 fiziki və hüquqi şəxsin adı daxil ediləcək.

Təklifin fevralın 9-da Avropa Birliyi xarici işlər nazirlərinin görüşündə rəsmi təsdiq olunacağı gözlənilir.

ABŞ və Avropa Birliyi Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyanı, Moskva isə Kiyevlə Qərbi günahlandırır.

Son xəbərlər

Orphus sistemi