Avropa Birliyi Qəzzada raket atəşlərini dərhal dayandırmağa çağırıb

Avropa Birliyi Qəzzada raket atəşlərini dərhal dayandırmağa çağırıb Avropa İttifaqı Fələstindən İsrailin yaşayış məntəqələrinə raket mərmiləri atılmasından sonra raket atəşlərini dərhal dayandırmağa çağırıb.
Digər ölkələr
4 Noyabr , 2019 06:49
Avropa Birliyi Qəzzada raket atəşlərini dərhal dayandırmağa çağırıb

Avropa İttifaqı Fələstindən İsrailin yaşayış məntəqələrinə raket mərmiləri atılmasından sonra raket atəşlərini dərhal dayandırmağa çağırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin Xarici Siyasət Xidmətinin nümayəndəsi Mayi Kosyaninçin bəyanatında bildirilir.

Sənəddə qeyd olunur ki, dinc sakinlərə qarşı raket atəşləri qəbuledilməzdir və təcili, qeyd-şərtsiz dayandırılmalıdır: "Prioritet məsələ mülki əhalinin müdafiəsi məqsədi ilə gərgnliyin təcili deeskalasiyası üzrə iş olmalıdır".

Avropa Birliyində həmçinin qeyd ediblər ki, israillilər və fələstinlilərin arasında münaqişə siyasi yolla həll edilməlidir.

Qeyd edək ki, noyabrın 1-də Fələstindən İsrail ərazisinə 10 raket atılıb. Onlardan biri yaşayış evinə düşüb.

Son xəbərlər

Orphus sistemi