Avropa Birliyi Moldavaya 60 milyon avro maliyyə yardımı ayıracaq

Avropa Birliyi Moldavaya 60 milyon avro maliyyə yardımı ayıracaq Avropa Birliyi ilin sonuna kimi Moldavaya 60 milyon avro maliyyə yardımı ayıracaq.
Digər ölkələr
1 Oktyabr , 2019 02:39
Avropa Birliyi Moldavaya 60 milyon avro maliyyə yardımı ayıracaq

Avropa Birliyi ilin sonuna kimi Moldavaya 60 milyon avro maliyyə yardımı ayıracaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın baş naziri Mayya Sandu Avropa Birliyinin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federiko Moqerini ilə Brüsseldə keçirdiyi görüşdən sonra özünün "Facebook" səhifəsində yazıb.

"Assosiasiyanın Beşinci Şura iclasının nəticəsinə görə Avropa İttifaqı Moldava Respublikasını insanların həyatının yaxşılaşmasına yönəldilmiş islahatlardakı irəliləyişini yüksək qiymətləndirib. Beləliklə, ilin sonuna kimi biz 60 milyon avro məbləğində maliyyə yardımı alacağıq", - deyə hökumət başçısı qeyd edib.

Avropa Birliyi 2018-ci ildə Kişinyovun meri seçkilərində yerli məhkəmənin müxalif Andrey Nestasenin qalib gəlməsi ilə bağlı nəticələri tanımaqdan imtina etməsindən sonra Moldavanın maliyyələşdirilməsini dayandırıb.

Daha sonra Brüssel respublika hökumətindən korrupsiya ilə mübarizəni gücləndirməyi, bank sistemindən 1 milyard dollar oğurlamış şəxsləri müəyyənləşdirməyi, ədliyyə sistemində islahatlar keçirməyi tələb edib.

Son xəbərlər

Orphus sistemi