Avropa Birliyi liderləri İranla nüvə razılaşmasına sadiqliklərini təsdiqləyiblər

Avropa Birliyi liderləri İranla nüvə razılaşmasına sadiqliklərini təsdiqləyiblər Federika Moqerini: "Nüvə razılaşmasının tam icrasına sadiq qalırıq"
Digər ölkələr
20 Oktyabr , 2017 04:08
Avropa Birliyi liderləri İranla nüvə razılaşmasına sadiqliklərini təsdiqləyiblər

Bakı. 20 oktyabr. REPORT.AZ/ Avropa Birliyi ölkələrinin liderləri 2015-ci ildə İranla bağlanmış nüvə razılaşmasına tam sadiq olduqlarını təsdiq ediblər. 

"Report" xəbər verir ki, bu haqda "Reuters" bildirir.

Beləliklə, qeyd edilir ki, onlar ABŞ prezidenti Donald Trampın aktiv tənqid etdiyi sazişin ləğv edilmədiyinə ümid edirlər.

"Nüvə razılaşmasının tamamilə icrasına tam sadiq qalırıq. Biz buna Avropa Birliyi və region üçün əsas təhlükəsizlik məsələsi kimi baxırıq", - deyə Avropa diplomatiyasının başçısı Federika Moqerini bildirib.

Daha əvvəl Tramp İranla nüvə sazişinin tam ləğvini real imkan adlandırıb.

Son xəbərlər

Orphus sistemi