Avropa Bankları 44 min iş yerini ixtisar edəcək

Avropa Bankları 44 min iş yerini ixtisar edəcək Avropa Bankları 40 mindən çox iş yerini ixtisar edəcək.
Digər ölkələr
22 Sentyabr , 2019 22:35
Avropa Bankları 44 min iş yerini ixtisar edəcək

Avropa Bankları 40 mindən çox iş yerini ixtisar edəcək.

"Report"un Fransa bürosu xəbər verir ki, qitənin 10 bankı 44 min iş yerini ixtisar edəcəyini bildirib. Həmin banklar arasında əsasən Fransanın kredit təşkilatları üstünlük təşkil edir.

İxtisarlara siyasi və ticarət gərginliyi, faizin aşağı olması ilə əlaqədar bank sektorunun üzləşdiyi çətinliklər səbəb olub.

Fransanın ən böyük banklarından olan "Societe Generale" 2020-ci ilədək 3450, "Commerzbank" 9 600, "Deutsche Bank" 2022-ci ilədək 18 000, HSBC 4000, BNP "Parisbas" 2021-ci ilədək 1500, "CaixaBank" 2022-ci ilədək 2000 iş yerini ixtisar edəcəklər.

Son xəbərlər

Orphus sistemi