Bakı. 14 sentyabr. REPORT.AZ/ "Brexit" (Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması belə adlanır - "Report") Avropa İttifaqını təhdid etmir, ancaq Aİ bundan təəssüflənir".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı komisioyasının sədri Jan-Klod Yunker bildirib.
" Böyük Britaniyanın Aİ-dən çıxması haqda ərizəsini təəssüf hissi ilə mümkün qədər tez təqdim etməsini gözləyirik. Bütün dünyada uzaqdan və yaxından bizi müşahidə edən dostlarımızın və tərəfdarlarımızın "Brexit" Aİ-nin parçalanmasına gətirib çıxarmayacaq" sualına cavab vermək üçün bizim onların gözlərinə baxmağımız lazımdır. Biz Britaniyanın qərarına hörmət edir, eyni zaman bu prosesə təəssüflənirik. Ancaq Aİ-nin gələcəyi təhlükə altında deyil", - deyə, Yunker Avroparlamentin Strasburqdakı illik plenar sessiyasındakı çıxışında bildirib.
Xatırladaq ki, Britaniyanın baş naziri Tereza Mey krallığın Aİ-nin tərkibindən çıxması prosesinin ilin sonundək baş verməyəcəyini dəfələrlər vurğulayıb.
Qeyd edək ki, bu il iyunun 23-də Britaniyanın Aİ-də çıxması ilə bağlı referendum keçirilib. Həmin səsvermədə iştirak edən seçicilərin 52 faizi Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faiz isə qalmasına səs verib.