Bakı. 15 noyabr. REPORT.AZ/ İsrail parlamentinin deputatı Yuliya Malinovskaya ölkənin müdafiə naziri Aviqdor Libermanın istefası qəbul olunandan sonra Knesseti tərk edəcək.
Bu barədə “Report” İsrail KİV-ə istinadən xəbər verir.
Xatırladaq ki, nazir olan deputatların mandatı təhvil verməsini nəzərdə tutan “Norveç qanun”una əsasən, 2016-cı ilin iyun ayında A.Liberman müdafiə naziri təyin olunması ilə əlaqədar onun Knessetdəki mandatı Yuliya Malinovskaya verilib. İndi isə nazir postundan istefa verən A.Liberman Y.Malinovskayanın yerinə qayıdacaq.