Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 59-cu konfransı başlayır

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 59-cu konfransı başlayır Konfrans bir həftə davam edəcək. Tədbirdə 160 ölkənin nümayəndələri iştirak edir
Digər ölkələr
14 Sentyabr , 2015 05:25
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 59-cu konfransı başlayır

Bakı. 14 sentyabr. REPORT.AZ/ Avstriyanın paytaxtı Vyana şəhərində bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) 59-cu konfransı öz işinə başlayır.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bir həftə davam edəcək konfransda 160 ölkənin nümayəndələri iştirak edəcək.

Azərbaycanı tədbirdə AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, professor Oqtay Səmədov təmsil edir.

Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik BMT-nin ixtisaslaşdırılmış agentliyi olaraq 1957-ci ildə yaradılıb. Agentlik nüvə texnologiyalarının, atom enerjisinin dinc məqsədlərlə istifadəsi istiqamətində beynəlxalq əıməkdaşlığın genişləndiirlməsinə xidmət edir.

Son xəbərlər

Orphus sistemi