Atlantik okeanında 6,7 bal gücündə zəlzələ olub

Atlantik okeanında 6,7 bal gücündə zəlzələ olub Sunami təhlükəsi elan olunmayıb
Digər ölkələr
18 Avqust , 2017 07:40
Atlantik okeanında 6,7 bal gücündə zəlzələ olub
Kapital.kz

Bakı. 18 avqust. REPORT.AZ/ Atlantik okeanının cənubunda zəlzələ olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Seysmoloqların məlumatına görə, yeraltı təkanlar 6,7 bal gücündə qeydə alınıb. Zəlzələnin episentri Britaniya adalarının xarici hissəsinin tərkibinə daxil olan Vozneseniyanın inzibati mərkəzi olan Corctaun şəhərindən 779 kilometr məsafədə yerləşib. Zəlzələ ocağı 19 kilometr dərinlikdə olub.

Sunami təhlükəsi elan olunmayıb.

Son xəbərlər

Orphus sistemi