Atlantik okeanında əmələ gələn "Franklin" qasırğası 4-cü kateqoriyaya qədər güclənib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğalara Nəzarət üzrə Milli Mərkəzi məlumat yayıb.
Küləyin maksimal sürəti 65 m/s-dən çoxdur ki, bu da Saffir-Simpson şkalası üzrə dördüncü kateqoriyaya uyğundur.
Qasırğa 15 km/saat sürətlə şimala doğru irəliləyir və Bermud adalarından 675 km cənub-qərbdə yerləşir.