Yuxarı
    Bağlamaq

    Atlantik okeanında daha bir təhlükəli qasırğa yaranıb

    Nikol Metyu qasırğasıyla paralel hərəkət edir

    Bakı. 7 oktyabr. REPORT.AZ/ Atlantik okeanında daha bir təhlükəli qasırğa yaranıb.

    "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğaların Müşahidəsi üzrə Milli Mərkəzi məlumat yayıb.

    Məlumata görə, bu, "Nikol" qasırğasıdır. Atlantik okeanda cümə axşamı yaranan təbii fəlakət "Metyu" qasırğasıyla paralel hərəkət edir.

    ABŞ-ın Qasırğaların Müşahidəsi üzrə Milli Mərkəzinin məlumatında bildirilir ki, hələlik "Nikol" saatda 128 kilometr küləyin sürətilə birinci kateqoriyanın gücünü yığıb. O, indi Bermud adalarından cənubdadır.

    "Nikol" saatda 13 kilometr sürətlə şimal-qərbə hərəkət edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi