Yuxarı

Atışma səbəbindən 2 minə yaxın insan Çin-Myanma sərhədində qalıb

Atışma üsyançıların nəqliyyat nazirinin avtomobil karvanına hücum etməsi nəticəsində başlayıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Təqribən 2 min insan hökumət qüvvələri ilə üsyançı hərbi birləşmələr arasında gedən atışma səbəbindən Çin və Myanma sərhədində qalıb.

“Report” “The Times of India” nəşrinə istinadən xəbər verir ki, atışma üsyançıların nəqliyyat nazirinin avtomobil karvanına hücum etməsi səbəbindən başlayıb.

Nəticədə, üç polis əməkdaşı əsir düşüb.

Qəzetin məlumatına görə, nazirin yolunu davam etdirməsinə icazə verilib.

Üsyançı qoşunun komandiri bildirib ki, dinc sakinlər təhlükəsiz yerə təxliyə edilcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi