Bakı. 7 yanvar. REPORT.AZ/ Dünən atışma qeydə alınan Floridanın Fort Lauderdeyl hava limanında uçuşlar bərpa edilib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, aeroport nümayəndələri yük daşımalarının və ümumi təyinatlı reyslərin (kiçik özəl təyyarələr, xidməti təyyarələr) yenidən həyata keçirildiyini bildirib.
Xatırladaq ki, dünən hava limanının 2-ci terminalında baqajın qeydə alınması zonasında Esteban Santyaqo insanlara atəş açıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 8 nəfər isə güllə yarası alıb. Əlavə 45 nəfər isə insident zamanı atışma zonasını tezliklə tərk etməyə çalışarkən müxtəlif xəsarətlər, zədələr alıb.
Üzərində "Star Wars" rəmzli geyim olan E.Santyaqo polis tərəfindən saxlanılıb. O, Puerto Riko və Alyaska Milli Qvardiyalarında xidmət edib və İraq müharibəsinin veteranıdır.

