Bakı. 22 yanvar. REPORT.AZ/ 2014-cü ilin aprelindən Ukraynanın cənub-şərqində beş mindən çox adam öldürülüb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ATƏT-in Ukraynadakı missiyasının təmsilçisi Maykl Botsürkiv deyib.
Onun sözlərinə görə, on mindən çox insan xəsarət alıb, bir milyon sakin evini tərk edib, 5 milyona yaxın insanın vəziyyətlə bağlılığı olub.
"Vesti Ukrayna" radiosuna müsahibəsində o, "vəziyyətin ağırlaşdığını" da vurğulayıb.