ATƏT təşkilata haker hücumu edildiyini bildirib

ATƏT təşkilata haker hücumu edildiyini bildirib Eyni zamanda, təşkilat haker hücumunun arxasında rusiyalı hakerlər olması haqqında fərziyyələr qurmaqdan imtina edib
Digər ölkələr
29 Dekabr , 2016 11:21
ATƏT təşkilata haker hücumu edildiyini bildirib

Bakı. 29 dekabr. REPORT.AZ/ Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) IT sistemlərinin hakerlərin hücumundan ziyan gördüyünü bildirib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, ATƏT təşkilatın informasiya təhlükəsizliyini təhlükə altında qoyan bu addımı ciddi insident adlandırıb.

ATƏT nümayəndəsi bildirib ki, haker hücumu olduğu noyabrın əvvəlində müəyyənləşib. Onun sözlərinə görə, hücum nəticəsində ATƏT-in kompüter sisteminin məxfiliyi təhlükə altına düşüb.

Eyni zamanda, təşkilat haker hücumunun arxasında rusiyalı hakerlər olması haqqında fərziyyələr qurmaqdan imtina edib.

Son xəbərlər

Orphus sistemi