Yuxarı

​ATƏT Rusiyanı qoşunlarını Ukraynadan çıxartmağa çağırıb

Qurum rəhbəri bütün tərəfləri atəşkəs rejimi üzrə öhdəlikləri yerinə yetirməyə çağırıb

Bakı. 25 noyabr. REPORT.AZ/ ATƏT-in Parlament Assambleyasının prezidenti İlkka Kanerva Rusiyanı qoşunlarını Ukraynadan çıxartmağa çağırıb.

"Report" "Rosbalt"a istinadən xəbər verir ki, bu barədə o, NATO Parlament Assambleyasının 60-cı illik sessiyasında çıxışı zamanı bildirib.

"Bu böhranın sülh yolu ilə nizamlanmasında irəli getmək üçün Rusiya bütün qüvvələrini və texnikasını Ukraynadan çıxartmalı və onu sərhəddən mümkün qədər uzağa aparmalı, həmçinin silahlılara dəstəyi dayandırmalıdır", - Kanerva bildirib.

ATƏT-in mətbuat xidmətinin məlumatına görə, o, həmçinin, bütün tərəfləri atəşkəs rejimi üzrə öz öhdəliklərini ciddi şəkildə yerinə yetirməyə və Minsk protokolunda müəyyən edilmiş tədbirlərə tam həcmdə əməl etməyə çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi