Yuxarı
    Bağlamaq

    ATƏT rəsmisi: “ABŞ-ın seçki sistemi beynəlxalq standartlara tam uyğun deyil”

    Mixael Link: “Beynəlxalq ictimaiyyət ABŞ-ın bu sahədə nümunəvi bir sistem yaradacağını gözləyir”

    Bakı. 19 yanvar. REPORT.AZ/ “ABŞ-ın seçki sistemi beynəlxalq standartlara tam uyğun deyil”.

    “Report” “DW”-yə istinadən xəbər verir ki, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Mixael Link Almaniyanın “Funke” media qrupuna müsahibəsində deyib.

    Onun sözlərinə görə, ABŞ-dakı seçki sistemi son dərəcə dezinteqrsiya (dağıdılmış, parçalanmış) ilə müşahidə edildiyindən və köhnəlmiş texnologiya ilə həyata keçirildiyindən müəyyən ziyanlı risklərə məruz qalır.

    M.Link ABŞ-ın yeni seçilən prezidenti Donald Trampı da tənqid edib. O hesab edir ki, D.Tramp çıxışlarında dəfələrlə qəsdən nifrət yaradan ifadələr işlətməklə ritorika sərhədlərini aşıb: “ABŞ-da sonuncu prezident seçkisini müşahidə edən ATƏT missiyasının hesabatında bildirilib ki, seçki qabağı kampaniyanın şəffaf olması vacibdir. Donald Trampın bu yolla uğur qazanması təhlükəli hal yaradır. Beynəlxalq ictimaiyyət ABŞ-ın bu sahədə nümunəvi bir sistem yaradacağını gözləyir”.

    Qeyd edək ki, noyabrın 8-də ABŞ-da prezident seçkisi keçirilib və müxalifətdə olan Respublikaçılar Partiyasının namizədi, milyarder iş adamı D.Tramp qalib gəlib. O, yanvarın 20-də and içərək səlahiyyətlərinin icrasına başlayacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi