Yuxarı
    Bağlamaq

    ATƏT PA Rusiyaya qarşı tətbiq olunan sanksiyaların "yumşaldılması"nı istəyə bilər

    Bunu ATƏT-in Parlament Assambleyasının sədri İlkka Kanerva deyib

    Bakı. 5 iyul. REPORT.AZ/ATƏT-in Parlament Assambleyası Avropa İttifaqına (Aİ) müraciət edərək Rusiyaya qarşı tətbiq olunan sanksiyaları "yumuşaldılmasını" istəyə bilər. "Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ATƏT PA-nın sədri İlkka Kanerva deyib.

    Onun sözlərinə görə, ATƏT PA-nın yay sessiyasında iştirak etmək istəyən Rusiya nümayəndə heyyətinnin 6 üzvünə Finlandiya höküməti tərəfindən viza verilməməsi "deputatların missiyasını çıtinləşdirib".

    "Məncə Aİ öz qaydalarına yenidən baxmalıdır. Diplomatik əlaqələr üçün əngəl yaradmaq doğru deyil", - deyə İ.Kanerva vurğulayıb.

    Qeyd edək ki, rəsmi Helsinki Aİ-nın sanksiya siyahısında adları olan Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin ilə daha 5 rusiyalı deputatın ATƏT PA-nın yay sessiyasına iştirakına imkan verməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi