Yuxarı

​ATƏT müşahidəçiləri Luqanskda atəşə tutulub

Bu barədə qurumun gündəlik hesabatında bildirilir

Bakı. 6 fevral. REPORT.AZ/ ATƏT-in monitorinq missiyasının avtomobilləri Ukraynanın Luqansk vilayətində minaatanlardan atəşə tutulub.

"Report" xəbər verir ki, bu barədə qurumun gündəlik hesabatında bildirilir.

"Birinci mərmi missiyanın qarşıda gedən avtomobilinin təqribən 40 metrliyində partladı. Karvan yolunu dəyişincə isə, birinci avtomobildən 50 metr aralıda ikinci mərmi partladı. Üçüncü partlayış karvan Luqansk yolunda olarkən baş verib", - deyə məlumatda qeyd olunub.

ATƏT-dən bildirildiyinə görə, mərmilər şimal-qərb istiqamətindən atılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi