Yuxarı

ATƏT: Münaqişə müddətində Ukraynanın şərqində 4 mindən artıq insan həlak olub

Xüsusi nümayəndə: Həll perspektivləri hələ də qeyri-müəyyəndir

Bakı. 20 noyabr. REPORT.AZ/ Münaqişə müddətində Ukraynanın şərqində 4 mindən artıq insan həlak olub, on minlərlə insan yaralanıb. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Xaydi Talyavi bu təşkilatın Daimi Şurasının iclasında bildirib.

"4 mindən artıq insan həlak olub, on minlərlə insan yaralanıb, yüz minlərlə insan regionu tərk etmək məcburiyyətində qalıb" - deyə, o qeyd edib. 

ATƏT nümayəndəsinin fikrincə, "həll perspektivləri hələ də qeyri-müəyyəndir". "Regionun sabitliyi baxımından böhran hələ də çox təhlükəlidir. Lakin buna ciddi yanaşmasaq, bu, Avropa üçün də böyük təhlükə yaradır" - deyə, o vurğulayıb

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi