​ATƏT: Kontakt qrupu Minsk sazişlərinin icrası üzrə detallı plan hazırlayıb

​ATƏT: Kontakt qrupu Minsk sazişlərinin icrası üzrə detallı plan hazırlayıb Separatçı "DXR" və "LXR" liderlərinin danışıqlara gəlmədiyi bildirilir
Digər ölkələr
1 Fevral , 2015 16:10
​ATƏT: Kontakt qrupu Minsk sazişlərinin icrası üzrə detallı plan hazırlayıb

Bakı. 1 fevral. REPORT.AZ/ Ukrayna üzrə kontakt qrupu ötən gün Belarusun Minsk şəhərində keçirilən görüş zamanı Minsk protokolu çərçivəsində əldə olunan razılaşmaların yerinə yetirilməsi üzrə detallı plan hazırlayıb.

"Report" xəbər verir ki, bu barədə ATƏT-in bəyanatında bildirilir.

Bununla yanaşı qeyd olunur ki, bu sənədləri imzalamaq hüquqları olan qondarma "DXR" və "LXR" liderləri danışıqlara gəlməyiblər.

Bəyanata görə, qondarma respublikaların nümayəndələri nə bu məsələni həll etmək səlahiyyətində olublar, nə də, faktiki olaraq atəşkəsin əldə olunması və ağır texnikanın geri çəkilməsini müzakirə etməyə hazır olublar.

Son xəbərlər

Orphus sistemi