Yuxarı

​ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin qeyri-rəsmi görüşü keçiriləcək

Təklif Almaniyanın xarici işlər naziri Ştaynmayer tərəfindən irəli sürülüb

Bakı. 13 aprel. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ölkəsinin ATƏT-ə sədrliyi çərçivəsində sentyabrın 1-i Potsdamda təşkilata üzv dövlətlərin XİN rəhbərlərinin görüşünü çağırmaq barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə ATƏT "üçlüyü"nün bəyanatında deyilir.

"Avropada təhlükəsizliklə bağlı kövrək vəziyyət ATƏT çərçivəsində siyasi səviyyədə daha fəal dialoq tələb edir. Ona görə mən sentyabrın 1-i Potsdamda ATƏT ölkələrinin XİN başçılarının qeyri-rəsmi görüşünü çağırmaq qərarına gəldim", — deyə bəyanatda bildirilir.

Almaniyanın "üçlük" üzrə tərəfdaşları Ştaynmayerin təşəbbüsünü alqışlayıblar və tam olaraq dəstəkləyiblər.

"Üçlüy"ə ATƏT-ə sədrlik edən ölkə, həmçinin ötən il və növbəti ilin sədr ölkələri daxildir. Hazırda ATƏT-ə Almaniya sədrlik edir, ötən il Serbiya sədr olmuşdu və 2017-ci ildə bu vəzifə Avstriyaya keçəcək. "Üçlüy"ün görüşü çərşənbə axşamı Berlində baş tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi